Millimizin üçüncü cəhdi
27.01.2014 - 14:43
Millimizin üçüncü cəhdi

Sabah futzal üzrə Avropa çempionatının final mərhələsi start götürür. Apasport.az saytının məlumatına görə, Belçikada keçiriləcək qitə birinciliyində Avropanın 12 ən güclü komandası mübarizə aparacaq.

 

Ardıcıl 3-cü dəfə mükafatlar uğrunda mübarizəyə qoşulacaq Azərbaycan millisi C qrupunda yer alıb və  1/4 finala vəsiqə uğrunda İtaliya və Sloveniya ilə münasibətlərini ayırd edəcək. 2010-cu ildə yarımfinaladək irəliləyən, 2 il əvvəl isə qrupda qalan millimiz bu dəfə də ən azı 1/4 final iddiasındadır.

 

Final mərhələlərində qələbəyə həsrət Sloveniyanı arxada qoymaq çətin olsa da, mümkünsüz deyil. İspaniya və Portuqaliya kimi nəhənglərlə yoxlama oyunlarında xoş təsir bağışlayan balkanlılardan fərqli, İtaliya daha adlı-sanlı rəqibdir. İspaniyanın hegemonluğuna qədər Avropa çempionu olan son komanda məhz apeninlilərdir.

 

Millimizin işini çətinləşdirən daha bir məqam isə İspaniyanın D qrupunda yer almasıdır. Bu isə o deməkdir ki, millimiz 2-ci yerlə 1/4 final çıxsa, qrup qalibi olacağı şübhə doğurmayan pireneylilərlə üz-üzə gələcək. İlk turdan azad olan millimiz mübarizəyə yanvarın 31-də Sloveniya ilə matçla başlayacaq. Fevralın 2-də İtaliya ilə keçiriləcək qarşılaşma isə həlledici xarakter daşıyacaq.

 

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatlarının final mərhələlərində 7 oyun keçirib. 4 il əvvəl Macarıstanda qrup mərhələsində meydan sahiblərini 3:1, Çexiyanı 6:1 hesabı ilə yenən komandamız 1/4 finala 1-ci yerlə yüksəlmişdi. 1/4 finalda Ukrayna, 1/2 finalda Portuqaliya ilə eyni – 3:3 hesablı heç-heçə edən komandamız penaltilər seriyasında əvvəl qalib gəlib, sonra uduzmuşdu – müvafiq olaraq 4:2 və 3:5. III yer uğrunda görüşdə isə Çexiya qrupdakı məğlubiyyətin əvəzini çıxmışdı – 5:3. Xorvatiyadakı son qitə birinciliyində isə Portuqaliyaya 1:4, Serbiyaya 8:9 hesabı ilə uduzaraq qrupda sonuncu olmuşdu.

 

Avro-2014, final mərhələsinin təqvimi
A qrupu: Belçika, Ukrayna, Rumıniya

B qrupu: Rusiya, Portuqaliya, Hollandiya

C qrupu: İtaliya, AZƏRBAYCAN, Sloveniya

D qrupu: İspaniya, Çexiya, Xorvatiya

 

I tur
28 yanvar
A qrupu

00:00. Belçika – Rumıniya

B qrupu
21:30. Rusiya – Hollandiya

29 yanvar
C qrupu

23:45. İtaliya – Sloveniya

D qrupu
21:30. İspaniya – Xorvatiya

II tur
30 yanvar
A qrupu

21:30. Rumıniya – Ukrayna

B qrupu
23:45. Hollandiya – Portuqaliya

31 yanvar
C qrupu

23:45. Sloveniya – AZƏRBAYCAN

D qrupu
21:30. Xorvatiya – Çexiya

III tur
1 fevral
A qrupu

23:45. Ukrayna – Belçika

B qrupu
21:30. Portuqaliya – Rusiya

2 fevral
C qrupu

21:30. AZƏRBAYCAN – İtaliya

D qrupu
23:45. Çexiya – İspaniya

Qrup mərhələsinin oyunları “Lotto Arena”da keçiriləcək.

 

1/4 final
3 fevral

1. A1 – B2
2. B1 – A2


4 fevral
3. C1 – D2
4. D1 –C2


Yarımfinal
6 fevral

1-ci cütün qalibi – 3-cü cütün qalibi
2-ci cütün qalibi – 4-cü cütün qalibi


3-cü yer uğrunda oyun
8 fevral

Yarımfinalda məğlub olanlar

Final
8 fevral

Yarımfinalda qalib gələnlər

 

Həlledici mərhələnin oyunları Antverpenin İdman Sarayında keçiriləcək.

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

 

Avropa çempionatlarının yarımfinalçıları

il

yer

Çempion

II yer

III yer

IV yer

1996

İspaniya

İspaniya

Rusiya

Belçika

İtaliya

1999

İspaniya

Rusiya

İspaniya

İtaliya

Hollandiya

2001

Rusiya

İspaniya

Ukrayna

Rusiya

İtaliya

2003

İtaliya

İtaliya

Ukrayna

İspaniya və Çexiya

*

2005

Çexiya

İspaniya

Rusiya

İtaliya

Ukrayna

2007

Portuqaliya

İspaniya

İtaliya

Rusiya

Portuqaliya

2010

Macarıstan

İspaniya

Portuqaliya

Çexiya

AZƏRBAYCAN

2012

Xorvatiya

İspaniya

Rusiya

İtaliya

Xorvatiya

2014

Belçika

 

 

 

 

* - 2003-cü ildə III yer uğrunda oyun keçirilməyib.