Millimizin üzvü Almaniyada 85 dəqiqə oynadı
08.12.2014 - 00:01
Millimizin üzvü Almaniyada 85 dəqiqə oynadı

Almaniya II Bundesliqasında 16-cı tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Karlsrue” təsnifat turunda Braunşveyq "Ayntraxt"ını qəbul edib.

 

Görüşdə azarkeşlər 1 qola şahidlik ediblərsə, buna da təmsilçimizin komandası imza atıb – 1:0. Yeganə qolun müəllifi 39-cu dəqiqədə rəqibi mərkəzə dəvət edən Manuel Torres olub.

 

Meydana start heyətində daxil olan Nazarov 85-ci dəqiqədə Qaytan Krebslə əvəzlənib.

 

Qeyd edək ki, “Karlsrue” 27 xalla turnir cədvəlinin III pilləsində yer alır və lider “İnqolştadt”dan 6 xal geri qalır.