Bu gün Türkiyə kubokunun qrup mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu “Elazığspor” B qrupu çərçivəsində 6-cı (son) matçına çıxıb.
Okan Burukun yetirmələri doğma azarkeşləri qarşısında 2-ci dəstə təmsilçisi “Tokatspor”la üz-üzə gəliblər. Görüş ev sahibi komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu matçda start heyəti ilə meydana çıxan müdafiəçimiz sona qədər mübarizə aparıb.
Qeyd edək ki, bu böyükhesablı qələbəyə baxmayaraq, qrupu 3-cü yerdə tamamlayan “Elazığspor” növbəti mərhələyə adlaya bilməyib.
|
1. ANTALYASPOR |
6 |
3 |
3 |
0 |
|
|
|
12 |
|
6 |
3 |
2 |
1 |
|
|
|
11 |
|
|
3. ELAZIĞSPOR |
6 |
2 |
2 |
2 |
|
|
|
8 |
|
4.TOKATSPOR |
6 |
0 |
1 |
5 |
|
|
|
1 |