Millimizin üzvü 90 dəqiqə oynadı, komandası uduzdu
17.12.2014 - 00:10
Millimizin üzvü 90 dəqiqə oynadı, komandası uduzdu

Bu gün Türkiyə kubokunun qrup mərhələsinin II turunun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” növbəti görüşünə çıxıb.

 

A qrupunda yer alan Roberto Karlosun yetirmələri səfərdə “Tuzlaspor”la üz-üzə gəlib. Superliqada da işləri yaxşı getməyən təmsilçimizin komandası yenə uduzub. Qarşılaşma 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

 

Bu görüşdə Cihan meydana start heyətdə çıxıb və 90 dəqiqə oynayıb.

 

Qeyd edək ki, “Sivasspor” qrupun ilk matçında da məğlub olmuşdu.