Millimizin futbolçusu Türkiyə Superliqasında oynayacaq
04.02.2014 - 09:54
Azərbaycan millisinin futbolçusu Əli Gökdəmir karyerasını Türkiyə Superliqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 22 yaşlı sol cinah müdafiəçisi “Elazığspor”la anlaşıb.
Müqavilə ilə Almaniya Bundesliqasında mübarizə aparan “Hannover 96”ya məxsus olan Gökdəmir yeni komandasında icarə əsasında çıxış edəcək. O, cari mövsümün sonuna qədər “Elazığspor” forması geyinəcək.
0
0