Millimizin üzvü “Real”la oyunda
05.04.2015 - 20:37
Azərbaycan millisinin üzvü və İspaniyada “Qranada”nın şərəfini qoruyan Eddi İsrafilov klubunun heyətində meydana çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamızın oyunçusu “Real”la keçirilən “La Liqa” matçında forma geyinib.
Belə ki, İsrafilov qarşılaşmanın 56-cı dəqiqəsində komanda yoldaşını əvəzləyib. Ancaq bu oyun onun klubu üçün yaxşı nəticə ilə yekunlaşmayıb. Madrid təmsilçisi qonaqların qapısından 9 top keçirib, əvəzində isə bir qol buraxıb.
0
0