Millimizin üzvü Almaniyada 85 dəqiqə oynadı
23.09.2015 - 09:11
Millimizin üzvü Almaniyada 85 dəqiqə oynadı

Azərbaycan yığmasının üzvü Dmitri Nazarov Almaniyada növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin formasını geyindiyi “Karslrue” II Bundesliqada VIII tur çərçivəsində “Düsseldorf”la üz-üzə gəlib.

 

Karlsruedə baş tutan görüşdə Nazarov ilk dəqiqələrdən meydançada olub. Millimizin üzvü yalnız 85-ci dəqiqədə Mohamed Quayda ilə əvəzlənib. Buna qədər isə hesab 1:1 idi. Belə ki, qonaqlar 70-ci dəqiqədə Kərəm Dəmirbayın qolu sayəsində hesabı açsalar da, 10 dəqiqə sonra Ervin Hoffer status-kvonu bərpa edib. Qarşılaşma elə 1:1 hesabı ilə də başa çatıb.

 

Qeyd edək ki, “Karlsrue” 8 turdan sonra 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.