Millimizin üzvü Sərgən Yalçına da lazım olmadı
28.12.2014 - 18:04
Millimizin üzvü Sərgən Yalçına da lazım olmadı

Türkiyə Superliqasında XV turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” 2014-cü ilin son matçında səfərdə “Kasımpaşa”nın qonağı olub

 

90 dəqiqə ərzində komandaların ciddi cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmayıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

 

Sivas təmsilçisinə yenə baş məşqçi təyin edilən Sərgən Yalçın Superliqadakı ilk debüt oyununda Cihana ehtiyac duymayıb. Təcrübəli mütəxəssis təmsilçimizi “18-liy”ə belə daxil etməyib.

 

Qeyd edək ki, aktivində 11 xal olan “Sivasspor” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.