Millimizin üzvü Rəhman Hacıyev “Qaziantep BB”dən gedib. Apasport.az saytının məlumatına görə, bu haqda Türkiyə klubunun baş məşqçisi Hakan Kutlu yerli mətbuta deyib.
Qaziantep təmsilçisinin çalışdırıcısı bildirib ki, II dövrədə daha güclü heyət qurmaq üçün bir neçə futbolçunu komandadan göndərəcək. Kutlunun qara siyahısının ilk pilləsində isə həmyerlimizin adı olduğu üçün PPT I liqa təmsilçisi Hacıyevlə yollarını ayırıb.
Hər iki tərəf müqaviləni qarşılıqlı razılıq əsasında pozub.
Xatırladaq ki, yığmamızın digər üzvləri Vaqif Cavadovla Ufuk Budak da “Qaziantep BB”də forma geyinir.
Qeyd edək ki, “Bakı”nın sabiq oyunçusu Hacıyev “Qaziantep BB”yə yayda keçib. 21 yaşlı futbolçumuz Türkiyə klubu ilə 1 illik müqavilə imzalamışdı. Rəhman PPT I liqasının son turlarında komandanın “18-liy”inə belə düşə bilmirdi.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı