Millimizin üzvünün ötürməsi komandasına 1 xal qazandırdı
29.09.2014 - 12:58
Millimizin üzvünün ötürməsi komandasına 1 xal qazandırdı

Millimizin üzvü Taşkın İltərin çıxış etdiyi Braunşveyq “Ayntraxt”ının 23 yaşadək komandası Regionalliqanın “Şimal” zonasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Braunşveyq təmsilçisinin II komandası səfərdə “Meppen”lə görüşüb.

 

1139 azarkeşin izlədiyi matç 3:3 hesabı ilə başa çatıb. Bu qarşılaşmada Taşkın İltər start heyətində meydana çıxıb və sağ cinah yarımmüdafiəçisi kimi oynayıb. 90 dəqiqə mübarizə apardığı matçda İltər komandasına 1 xalı qazandıran məhsuldar ötürməyə imza atıb. O, 87-ci dəqiqədə Haris Huseniyə ötürmə verib ki, bununla da “Ayntraxt” hesabı 3:3 edib.

 

Qeyd edək ki, 3 oyundur qələbə qazana bilməyən “Ayntraxt” xalını 14-ə yüksəldib. Taşkın İltərin komandası IX pillədə qərarlaşıb.