Millimizlə bacarmayan komanda darmadağın oldu
29.05.2014 - 08:07
Millimizlə bacarmayan komanda darmadağın oldu

Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının final mərhələsinə hazırlaşan yığmalar növbəti sınaqlarına çıxıb. Mundial iştirakçısı olmayanlar da qüvvələrini sınamaq imkanı qazanıb.

 

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan İsrail millisi darmadağına üzülüb. Komandamızla 2 dəfə heç-heçə edən israillilər Meksika ilə görüşdə 3 cavabsız qol buraxıb.

 

Yoldaşlıq oyunları

Cənubi Koreya – Tunis – 0:1

Danimarka – İsveç – 1:0

Anqola – Mərakeş – 2:0

Nigeriya – Şotlandiya – 2:2

Meksika – İsrail – 3:0