ABŞ milli komandasının üzvü London Donovan ölkəsinin çempionatında rekord qırıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yurgen Klinsmannın Braziliyadakı mundiala yollanacaq “23-lüy”ə daxil etmədiyi yarımmüdafiəçi MLS tarixinin ən yaxşı bombardiri adına yiyələnib.
Azərbaycan yığması ilə mayın 28-dəki oyuna çağırılan ilkin heyətdə yer alan, sonradan komandadan adı siyahıdan çıxarılan yarımmüdafiəçi çıxış etdiyi “Los-Anceles Qalaksi” klubunun son matçında rekordunu rəsmiləşdirib. 33 yaşlı yarımmüdafiəçi MLS-in “Filadelfiya Yunion” ilə qarşılaşmasında 2 qol və 1 məhsuldar ötürmə ilə 4:1 hesablı qələbədə pay sahibi olub.
Donovan vurduğu 2 topla Amerika çempionatında qollarının sayını 136-ya çatdırıb. Bununla da o, Amerika çempionatlarının bombardiri adını 134 dəfə fərqlənən yamaykalı Ceff Kaningemdən alıb.
Millimizlə oyuna çağırılmadı, rekord qırdı
26.05.2014 - 17:22
0
0