Millimzin üzvü Sankt-Peterburqda fərqləndi
07.01.2015 - 21:02
Bu gün Rusiyada təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXVII ənənəvi beynəlxalq turnirində qarşılaşan Sankt-Peterburq - Azərbaycan matçında millimizin ən yaxşı futbolçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, təşkilatçılar komandamızın heyətində Yusif Nəbiyevi seçiblər.
Qarşılaşmadan dərhal sonra təşkilatçılar onu xüsusi medalla təltif ediblər.
Qeyd edək ki, görüşdə Sankt-Peterburq millimizə 4:2 hesabı ilə qalib gəlib.
0
0