Millinin baş məşqçisi istefaya göndərildi
15.07.2016 - 18:17
Belçika millisinin baş məşqçisi Mark Vilmots istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, buna AÇ-2016-nın final mərhələsindəki uğursuz çıxış səbəb olub.
47 yaşlı mütəxəssislə müqavilə 2018-ci iıədək nəzərdə tutulsa da, Belçika Futbol Federasiyası çalışdırıcı ilə yollarını ayırmağı məqsədəuyğun sayıb. 2012-ci ildən yığmaya rəhbərlik edən Vilmots milli ilə həm DÇ-2014, həm də AÇ-2016-da 1/4 finala daşısa da, FİFA reytinqinin ikincisi üçün bu nəticələr də uğursuzluq hesab olunub.
0
0