Millinin məşqçisi Tuğrul Eratı izləməyə gedəcək
23.09.2015 - 15:16
Millinin məşqçisi Tuğrul Eratı izləməyə gedəcək

Millimizin məşqçisi Qordan Tsipriç Almaniyaya yollanacaq. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, yığmamızın üzvü Tuğrul Eratın çıxışını izləmək məqsədilə sentyabrın 26-da Münxenqladbax şəhərində keçiriləcək “Borussiya-2” (Münxenqladbax)  – “Fortuna-2” (Düsseldorf) oyununa baxacaq.

 

Baş məşqçinin digər köməkçisi Elxan Abdullayev isə oktyabrın 1-də UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Krasnodar” (Rusiya) – “Qəbələ” matçını izləyəcək.