Millinin qapıçısı cəzalandırıldı
22.01.2015 - 21:08
ABŞ yığma komandasının qapıçısı Hope Solo ölkəsinin futbol federasiyası tərəfindən 30 günlük cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna təcrübəli qolkiperin həyat yoldaşı Cerrami Stevensin içkili vəziyyətdə avtomobili idarə etməsi səbəb olub.
Belə ki, həmin vaxt hüquq mühafizə orqanlarının əməkdaşları ilə Solo və həyat yoldaşının arasında insident yaşanıb. Buna görə də federasiya qapıçını 1 ay müddətinə futboldan uzaqlaşdırıb.
Qeyd edək ki, Hope Solo ABŞ millisi ilə olimpiya çempionu olub.
0
0