Mindauqas Kalonas "Bakı"dakı davadan danışdı
19.02.2014 - 18:35
Mindauqas Kalonas "Bakı"dakı davadan danışdı

“Bakı”dan niyə çıxarıldığımı bilmirəm. 2 futbolçu ilə mübahisəm düşmüşdü. Bundan sonra baş məşqçi mənim komandaya lazım olmadığımı dedi”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un futbolçusu Mindauqas Kalonas deyib.

 

Litva yığmasının yarımmüdafiəçisi məşqlərdən birində Rauf Əliyev və Əfran İsmayılovla əlbəyaxa olduğu üçün komandadan qovuldu. Kalonas bu davaya görə niyə məhz onun qovulmasını başa düşmür: “Mən və komandanın qapıçısı ilə vidalaşmaq qərarı verildi. Niyə? Bax, bu suala yalnız baş məşqçi cavab verə bilər. Halbuki, baş məşqçi ilə münasibətlərim qaydasında idi. Bu mövsüm ərzində daha çox oyun keçirmişdim. Məşqçinin məndən narazılığı yox idi. Necə deyərlər, onun açar oyunçusu sayılırdım. Ancaq çalışdırıcının belə qərar verməsi həqiqətən mənim üçün çox gözlənilməz oldu”.

 

Hazırda “Simurq”da icarə əsasında çıxış edən Kalonas yayda “Bakı” ilə müqaviləsinin bitəcəyini və bundan sonra karyerasını yaxşı bir klubda davam etdirmək istədiyini söyləyib: “Yayda sərbəst futbolçu olacağam. Ümid edirəm ki, bundan sonra yaxşı bir kluba keçəcəyəm”.