Mindauqas Kalonas: “Simurq”un hədəfi avrokuboklara vəsiqədir
05.02.2014 - 15:10
Mindauqas Kalonas: “Simurq”un hədəfi avrokuboklara vəsiqədir

 

“Simurq”un daha çox qələbə qazanması üçün əlimdən gələni edəcəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun yeni transferi Mindauqas Kalonas deyib.

 

Əvvəllər “Rəvan” və “Bakı”da çıxış etmiş litvalı futbolçu UEFA-nın rəsmi saytına açıqlamasında keçidinə münasibət bildirib: “Bu klubdan aldığım təklif üçün onlara təşəkkür edirəm. Bunun qarşılığında bacarığımı ortaya qoyacam. “Simurq” iddialı komandadır. Yeni komandamın hədəfi avrokuboklara vəsiqə qazanmaqdır”.

 

Qeyd edək ki, Kalonas Topaz Premyer Liqasında 30 oyuna 15 qol vurub.