Minsk səfəri yığmamızı geri saldı
23.02.2015 - 12:33
Minsk səfəri yığmamızı geri saldı

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə ötən həftə baş tutan qarşılaşmalar da öz əksini tapıb.

 

Belarus millisi ilə iki yoxlama oyunu keçirən Azərbaycan yığması Minsk səfərinin “bəhrə”sini reytinq siyahısında görüb. İlk oyunda 1:2 hesabı ilə uduzub, ardınca bərabərliyə (2:2) imza atan Faustino Peresin yetirmələri cədvəldə geriləyib.

 

Son siyahıda 12-ci olan komandamız artıq dünyanın 13-cü komandasıdı. Buna millimizin xal hesabının 1393-dən 1379-a qədər azalması səbəb olub. 14 xallıq azalma 1 pilləlik enişlə nəticələnib. Peresin yetirmələri Paraqvayı özündən önə buraxıb. Belaruslular isə 1 pillə irəliləyib, 23-cü yerə yüksəlib.

 

Millimiz Avropa yığmaları arasında 7-cidi. AVRO-2016-nın seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Ukrayna dünyada 8-ci, Belçika 29-cu, Danimarka 57-ci yerdədi..

 

Qeyd edək ki, siyahıda planetin 97 millisi yer alıb.  Daha 54 komanda isə son illərdə az oyun keçirdiyindən əlavə cədvələ daxil edilib.

  

Dünyanın ən güclü 20 millisi

1. İspaniya - 1922

2. Braziliya - 1910

3. Rusiya – 1741

4. İtaliya - 1716

5. Argentina – 1679

6. Portuqaliya - 1618

7. İran - 1611

8. Ukrayna – 1464

9. Çexiya - 1424

10. Kolumbiya - 1415

11. Yaponiya – 1401

12. Paraqvay - 1384

13. AZƏRBAYCAN – 1379

14. Rumıniya - 1337

15. Sloveniya – 1333

16. Xorvatiya - 1325

17. Serbiya - 1315

18. Tailand - 1295

19. Özbəkistan - 1269

20. Qvatemala -1241