Mirbağır İsayevin istəyi
19.01.2015 - 10:31
Mirbağır İsayevin istəyi

“Qarşıda bizi məsul oyunlar gözləyir. Komandamız üzərinə düşən məsuliyyəti dərk edir. Qarışımıza qoyulan məqsəd ilin seçmə mərhələsində əldə etdiyimiz uğurun davamının gətirilməsidi. Futbolçularımız da, məşqçi heyəti də bunu istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev bildirib.

 

U-17-in çalışdırıcısı AFFA-nın rəsmi saytına açıqlamasında bildirib ki, uğur qazanılarsa, futbolçular daha çox inkişaf edəcək, xarici klubların diqqət mərkəzinə düşəcəklər: “Çox istərdim ki, futbolçularımız xaricdə oynasınlar. Məşqlərlə yanaşı, oyunçularımızın təhsilini də diqqət mərkəzində saxlayırıq. Futbolçularımız toplanış müddətində həm də ingilis dilini öyrənirlər. Hər hansı xarici dil bilən futbolçunun ölkə xaricində oynaması daha rahat olur. Daha çox azərbaycanlı futbolçunun legioner həyatı yaşamasının tərəfdarıyıq və bunun üçün çalışırıq”.