“Şaxtyor”un baş məşqçisi Mirça Luçesku mövsümün sonunda komandasını dəyişmək fikrindədi. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis yerli mətbuata açıqlamasında bunu istisna etməyib.
Onun adı daha çox “Fənərbaxça” ilə birgə hallanır. Lakin 70 yaşlı mütəxəssis “Fənərbaxça”dan təklif almadığını deyib: “Fənərbaxça” rəhbərliyindən heç kimlə söhbətim olmayıb. Ümumiyyətlə, Türkiyədən təklif almamışam. Türkiyə mətbuatının niyə tez-tez adımı hallandırmasını başa düşə bilmirəm”.
Qeyd edək ki, Mirça Luçesku 2004-cü ildən “Şaxtyor”un “sükanı arxası”ndadı. O, Ukraynaya yollanmazdan öncə Türkiyədə “Qalatasaray” və “Beşiktaş”ı çalışdırıb.