“Şaxtyor”un baş məşqçisi Mirça Luçesku komandadan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, bu haqda rumıniyalı mütəxəssisin özü bildirib.
O, Ukraynadakı siyasi vəziyyətlə əlaqədar olaraq, cari mövsümün sonuna yaxın Donetsk klubundan getməsi haqqında fikirləşir: “Ümid edirəm ki, qərar mümkün qədər tez qəbul ediləcək. Rəhbərlik mənim futbolsuz qalmayacağımı anlayacaq. Bu, çətindi və məni narahat edir. Amma Ukrayna futbol orqanları bizim təklifimizə əsasən, ölkə çempionatının pley-off oyunlarını keçirmək istəmir. “Dinamo” evdə çıxış edir, biz isə mehmanxanalarda qalırıq. Donetskdə öz stadionumuzdan və məşq bazamızdan istifadə edə bilmirik. Kiyev təmsilçisi üçün hər şey yaxşıdı. Pley-offun keçirilməsi çempionluq üçün rəqabət və mübarizə nöqteyi-nəzərindən düzgün olardı”.
Qeyd edək ki, Mirça Luçesku “Şaxtyor”u 2004-cü ildən çalışdırır.