“Qarabağ” kifayət qədər yaxşı komandadır. Onlar evə oynayacaqları üçün daha şanslıdırlar”. Apasport.az xəbər verir ki, bu sözləri “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç deyib.
O, Avropa Liqasının qrup mərhələsinin IV turunda sabah Bakıda “Qarabağ”la üz-üzə gələcəkləri oyundan danışıb. Dnepropetrovsk təmsilçisinin çalışdırıcısı Azərbaycanda qələbə qazanmaq istədiklərini bildirib: “Yəqin ki, “Qarabağ” evdə qələbə qazanmaq istəyəcək. Amma biz asan təslim olmayacağıq. Fikrimcə, oyun gərgin olacaq. Təəssüf ki, indiyə qədər keçirdiyimiz 3 qarşılaşmanın heç birində özümüzü göstərə bilməmişik. Bakıda bunu bacarmalıyıq. Komandamızın liderləri bütün bacardıqlarını ortaya qoymalıdırlar”.
Markeviç Ukrayna Premyer Liqasının X turunda “Dinamo”ya 0:3 hesablı məğlubiyyəti unutmalı olduqlarını və Avroliqa oyununa psixoloji cəhətdən hazırlanmalı olduqlarını da sözlərinə əlavə edib: “Dinamo”ya böyük hesablı məğlubiyyət heç də asan unudulan deyil. Amma biz hər şeyi geridə qoyub “Qarabağ”a qarşı psixoloji hazır olmalıyıq. Avropa Liqasının və çempionatın oyunları tamam başqadır. Öz müsbət keyfiyyətlərimizi nümayiş etdirməliyik”.
Qeyd edək ki, “Qarabağ” – “Dnepr” oyunu sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA