Miroslav Stok yunan klubuna da lazım olmadı
18.01.2014 - 05:44
Miroslav Stok yunan klubuna da lazım olmadı

Hazırda icarə əsasında Yunanıstan PAOK-unun formasını geyən “Fənərbaxça”lı futbolçu Miroslav Stok geri qayıdır. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi çıxışı ilə yunanları da razı sala bilməyib.

 

Belə ki, “ağ-qaralar” slovakiyalı futbolçunun əvəzinə Hollandiya “Alkmar”ından Maarten Martinesi transfer edib və İstanbul klubu ilə olan icarə sözləşməsini qış fasiləsində ləğv etmək istəyir.

 

Qeyd edək ki, 2010-cu ildə Türkiyənin “Fənərbaxça” klubuna transfer olunan Stok bu mövsümün əvvəlindən icarə əsasında PAOK formasını geyir.