Miroslav Vuliçeviç: “Neftçi” ilə oyunda tələsməməliyik
28.08.2014 - 17:36
Miroslav Vuliçeviç: “Neftçi” ilə oyunda tələsməməliyik

“Həm “Ludoqorets”lə, həm də “Neftçi” ilə matçlarda biz psixoloji cəhətdən gərgin idik. “Neftçi” ilə matçın vacibliyi ondadır ki, Avroliqaya düşməliyik. İlk oyundakıları təkrarlamaq üçün səbəb yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu “Partizan”ın sağ cinah müdafiəçisi Miroslav Vuliçeviç deyib.

 

29 yaşlı müdafiəçi budəfəki matçda tələsməyi lazım görmür: “Bizdə təcrübəli oyunçular çoxdur. Belə səhvləri təkrarlamamalıyıq. Sözsüz ki, Avropa belə səhvləri bağışlamır. Belqradda fasilədən sonra 2 qol vurduq və rəqibi öz silahları ilə məğlub etdik! Bu inanılmazdır! Biz “Neftçi”ni ikinci oyunda da məğlub etməyə hazırlaşırıq, ancaq tələsməməliyik. Hazırda biz hücum xəttində yaxşı olduğumuzu düşünməliyik”.

 

Vuliçeviçin sözlərinə görə, 2 top fərqi ilə qalib gəlsəydilər, indi onlar Avroliqanın qrupunda idilər: “Biz 0:2-dən sonra oyunu çevirib 3:2 hesabı ilə qalib gəldik. 4-cü qolu da vura bilərdik. Təəssüf ki, biz 4:2 hesabı ilə qalib gəlmədik. Yoxsa daha real şəkildə növbəti mərhələdən danışırdıq. İndi isə fiziki cəhətdən matça yaxşı hazırlaşmışıq. Lazım olan tələsməmək və ağıllı oynamaqdır”.