Misir Futbol Assosiasiyası (EFA) 2012-ci ildə ölkə çempionatı matçlarında azarkeşlərin stadiona buraxılmaması ilə bağlı qərara yenidən baxıb. Apasport.az saytının məlumatına görə, artıq fanatlar tribunalardan futbol oyunlarını canlı izləyə biləcək.
Misir Futbol Assosiasiyası bu qərarı ləğv edib.
Yeni qaydalara əsasən, Qahirə və İskəndəriyyə şəhərlərində stadiona ən çox 10 min azarkeş buraxılacaq. Tutumu az olan arenalarda isə 5 min fanat qarşılaşmaları izləyəcək.
Qeyd edək ki, 1 fevral 2012-ci il tarixində “Əl-Məsri” və “Əl-Əhli” klubları arasında baş tutan görüşdə azarkeşlər arasında kütləvi dava olmuşdu. Bunun nəticəsində 70 nəfər dünyasını dəyişmişdi. 300 azarkeş isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı