Mitroğlu ingilis klubuna keçir
29.01.2014 - 05:55
“Fulhem” “Olimpiakos”un təcrübəli hücumçusu Konstantinos Mitroğlunu heyətinə qatmağa çox yaxındır. Apasport.az saytının məlumatına görə, bu barədə “Goal.com” xəbər yayıb.
Belə ki, London təmsilçisi 25 yaşlı futbolçunun keçidi üçün yunanlarla razılığa gəlib. Bu transferin 14 milyon avroya reallaşacağı deyilir.
Qeyd edək ki, Yunanıstan millisinin də üzvü olan Mitroğlu cari mövsüm ölkə çempionatında 17 matça çıxıb və 17 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
0
0