“Azərbaycan yığması bu gün yaxşı oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail yığmasının baş məşqçisi Mixael Nees deyib. O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində millimizə darmadağın (3:0) olmalarını şərh edib.
Onlar baş məşqçi Bernhard Lippertin yetirmələrindən belə oyun gözləmədiyini bildirib: “İlk oyunla müqayisədə bu gün onlar əla təsir bağışladılar, əvvəlki oyunlarda belə çıxış etmirdilər. Amma bu dəfə fərqli oyun sərgilədilər. Ola bilər, komandam bir qədər arxayın idi. Lakin biz Azərbaycandan belə oyun gözləmirdik. Hər iki komanda bir-birini çox yaxşı tanyırdı. Etiraf edim ki, futbolçularım potensiallarından zəif çıxış etdilər. Bir neçə epizodda bəxtimiz gətirmədi”.
affa.az