Mixail Qalaktionov: Azərbaycan fiziki cəhətdən güclüdü
04.01.2015 - 21:34
Mixail Qalaktionov: Azərbaycan fiziki cəhətdən güclüdü

“Turnirə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Amma bunu bəhanə gətirə bilmərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya-2 yığmasının baş məşqçisi Mixail Qalaktionov deyib.

 

O, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində millimizə 4:2 hesabı ilə uduzmalarına şərh verib: “Meydana çıxmışıqsa, uduzmamalıyıq. Komandamın istəyindən, mübarizə əzmindən razıyam. Bu mənada, rəqibin yaxşı oyununu da unutmaq olmaz. Azərbaycan yığması topu özündə çox yaxşı saxlayır. Fiziki cəhətdən də güclüdürlər. Rəqib bizdən 1 yaş böyük olsa da, bu, məğlubiyyət üçün əsas amil deyil. Öz meydanımızda oynayırdıq. Ona görə də qələbə qazanmaq istəyirdik”.

 

affa.az