Mixeil Saakaşvili icazə verdi, Super Kubok Odessada keçiriləcək
11.07.2015 - 00:26
Mixeil Saakaşvili icazə verdi, Super Kubok Odessada keçiriləcək

Ukrayna Super Kuboku Odessada təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) prezidenti Andrey Pavelko yerli “Çempion” qəzetinə açıqlama verib.

 

Odessa mahalının qubernatoru Mixeil Saakaşvili ilə görüşdüklərini bildirən UFF başqanı dünyanın bir nömrəli idmanının yenidən Odessaya gəlməsindən Saakaşvilinin də məmnun olduğunu deyib:

 

“Ümid edirik ki, Ukrayna futbol ailəsinin üzvlərindən biri olan azarkeşlər də bizi tam dəstəkləyəcəklər. Biz birlikdə Ukaryanaya futbol bayramı bəxş edəcəyik”.