MOİK Rusiya çempionu oldu
16.05.2014 - 01:11
MOİK Rusiya çempionu oldu

 

 

Rusiya Premyer Liqasında MOİK (Mərkəzi Ordu İdman Klubu) çempion olub. Apasport.az saytının məlumatına görə, MOİK həlledici oyunda öz meydanında “Lokomotiv Moskva”nı 1:0 məğlub edərək çempionluq adını qazanıb.

 

Ximki stadionunda oynanılan həlledici matçda MOİK-in yeganə qolunu 46-cı dəqiqədə Tosiç vurub. Bununla da, ordu klubu 64 xal yığaraq 2013/2014-cü illər mövsümünü birinci yerdə başa vurub.