Rusiya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın qalibi son turda müəyyənləşib.
“Lokomotiv”i 1:0 hesabı ilə məğlub edən MOİK qızıl medallara sahib çıxıb. “Hərbçilər” ardıcıl 2-ci, ümumilikdə 5-ci dəfə Rusiyanın ən güclüsü olub. “Zenit” ikinci, MOİK-ə uduzan “dəmiryolçular” isə 3-cü yeri tutublar.
Qeyd edək ki, Premyer Liqanın başa çatan mövsümün iştirakçıları arasında Azərbaycan millisinin futbolçusu Ruslan Abışov da olub. Həmyerlimizin şərəfini qoruduğu “Rubin” çempionatı 16 komanda arasında 10-cu yerdə başa vurub. Abışov isə çempionatın 30 oyunu ərzində meydana çıxmaq şansı qazanmayıb. Əvəzində o, çempionatın əvəzedicilərinin yarışında 3 matçda iştirak edib və 150 dəqiqə meydanda olub.