Mondraqon tarix yazır
14.05.2014 - 21:04
Mondraqon tarix yazır

 

Kolumbiya millisinin əfsanəvi qapıçısı Əli Fərid Mondraqon tarix yazır. Apasport.az saytının məlumatına görə, 2001-2007-ci illərdə “Qlatasaray”ın qapısını qoruyan 43 yaşlı futbolçu bir daha dünya çempionatının finalında çıxış edəcək.

 

David Ospinanın əvəzedicisi kimi Braziliyaya aparılacaq Mondraqon meydana buraxıldığı təqdirdə dünya çempionatları tarixində iştirak edən ən yaşlı futbolçu olacaq. İndiyə kimi bu rekord Kamerunun əfsanəvi futbolçusu Roce Millaya aiddir. Milla 1994-cü il dünya çempionatı zamanı Rusiya ilə oyunda meydana çıxıb və dünya çempionatında çıxış edən ən yaşlı futbolçu kimi tarixə düşüb.