Mourinyo: Onu canavarla müqayisə etmərəm
10.02.2014 - 21:55
Mourinyo: Onu canavarla müqayisə etmərəm

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo futbolçusu Eden Azardla bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan portuqaliyalı mütəxəssis son vaxtlar çıxışı ilə diqqət mərkəzində olan 23 yaşlı yarımmüdafiəçisinə təriflər yağdırıb.

 

Təcrübəli çalışdırıcı Azardın ulduz futbolçular Lionel Messi (“Barselona”) və Kriştianu Ronaldo (“Real”) ilə müqayisə edilməsinin düzgün olmadığını deyib: “Onu canavarlarla müqayisə etmərəm. Çünki o canavarların 10 illik karyeraları, qazandıqları kuboklar və vurduqları qollar var. Azard kimi bir uşaqla canavarları müqayisə etmək ədalətli olmaz”.

 

Qeyd edək ki, Belçika millisinin də üzvü olan Azard 2012-ci ildə Fransa təmsilçisi “Lill”dən ingilis klubuna keçmişdi. O Cari mövsüm İngiltərə Premyer Liqasında 12 qol vurub.