Moskvada itirilən xallar
04.09.2014 - 11:17
Moskvada itirilən xallar

Yoldaşlıq oyununda Rusiya millisinə məğlub olan Azərbaycan millisi FİFA reytinqindəki mövqeyini daha da korlayıb. Apasport.az saytının məlumatına görə, 0:4 hesablı məğlubiyyət komandamızın hesabındakı xal sayına ciddi təsir edib.

 

Bununla da ötən ayın 20-də Özbəkistanla Bakıdakı qolsuz heç-heçə ilə başlayan eniş davam edib. İki qarşılaşma ümumilikdə 45 xalın itirilməsinə səbəb olub. Bunun 15-i Asiya təmsilçisi, 30-u şimallılarla görüşdə əldən verilib.

 

Belə ki, son FİFA reytinqində 413 xalla planetin 73-cüsü olan komandamızın hesabında artıq 368 xal qalıb. Bu isə təxminən 85-90-cı yerlərədək enməkdir.