Mourinyo: “Mançester Siti”nin mərhələ adlamaq şansı daha çoxdu
18.02.2014 - 07:47
Mourinyo: “Mançester Siti”nin mərhələ adlamaq şansı daha çoxdu

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo bu gün Çempionlar Liqasının 1/8 finalı çərçivəsində keçiriləcək “Mançester Siti” – “Barselona” matçı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan 51 yaşlı mütəxəssis Kataloniya klubunun mərhələ adlamaq şansının çox az olduğunu deyib:

 

“Bu son illərin ən zəif ”Barselona”sıdır. Klub karyerlərini müqayisə etsək, kataloniyalılar daha şanslı görünür, amma onlar bu mövsüm əvvəlki kimi deyillər. Məncə, “Mançester Siti”nin mərhələ adlamaq şansı daha çoxdur”.

 

Qeyd edək ki, “Mançester Siti” – “Barselona” qarşılaşması bu axşam Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.