Mourinyo “Çelsi”ni “dağıdır”
01.04.2014 - 21:04
Mourinyo “Çelsi”ni “dağıdır”

“Çelsi” futbol klubu mövsümün sonunda ən azı 14 oyunçu ilə vidalaşmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, “zadəganlar” hücumçu Samüel Eto O və müdafiəçi Eşli Koulla müqaviləni uzatmağa hazırlaşmır.

 

Bundan başqa, ehtiyatda olan qapıçılar Mark Şvartser və İlariu, müdafiəçi Devid Luiz, havbek Con Obi Mikel, hücumçular Fernando Torres və Dembi Ba transferə çıxarılacaqlar. “Çelsi” həm də icarə əsasında digər klublarda çıxış edən futbolçuları satmaq niyyətindədir. Bu, Romelu Lukaku, Marko Marin, Viktor Mozes, Rayan Bertran, Qael Kakuta və Coh Makikrandır.