Mourinyo: Futbolçular yığma komandadan problemlə qayıdırlar
08.03.2014 - 01:38
Mourinyo: Futbolçular yığma komandadan problemlə qayıdırlar

 

“Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinyu təqvimdə yoldaşlıq görüşlərinə fasilədən narazılıq edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi futbolçularda problemlər yarandığını bildirib.

 

Mourinyu qeyd edib ki, həmişə oyunçuların istəyinə və qüruruna hörmətlə yanaşmağa çalışırlar: “Amma futbolçular öz millilərinin tərkibində oynamağa yollanırlar, komandaya isə problemlə qayıdırlar. David Luiz ən yaxşı nümunədir. O, bir neçə vacib oyunu buraxdı, milliyə getdi, zədə ilə geri döndü. Bəzi oyunçuların çərşənbə günü keçirilən yoldaşlıq görüşlərindən sonra başqa qitələrdən qayıtdığı nəzərə alınsa, biz normal məşq edə bilmirik”.