“Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo Almaniya millisinin hücumçusu Miroslav Klozenin dünya çempionatları tarixində ən yaxşı bombardiri adını qazanmasını şərh edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis bütün hallarda Ronaldonun daha yaxşı futbolçu olduğunu vurğulayıb.
“Kloze özü, onun karyerasındakı uğurları və göstəriciləri mənim çox xoşuma gəlir. Çünki əla göstəricilərə malikdir. Onun 36 yaşı var. Amma Braziliyada, yarımfinalda qol vurur – baş əyirəm” - deyə, Mourinyo bildirib: “Amma bir faktı deyim. Maradonanın karyerasını başa vurmasından sonra növbəti nəslin ən yaxşı oyunçusu Ronaldo oldu. O, mundialların ən yaxşı bombardiri titulunu, rekordunu itirdi. Amma nə mən, nə də milyonlarla digər azarkeş, onun son 20 ilin ən yaxşı futbolçusu olması fikrimizdən geri çəkilmədik. Miroslav onun rekordunu qırdı. Bu sadəcə gözəl nailiyyətdir”.