Mourinyo: Yaxın 10 ilin komandasını qururam
11.05.2014 - 15:52
Mourinyo: Yaxın 10 ilin komandasını qururam

“Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinyo yay aylarında bir sıra ciddi qərarlar qəbul etməlidir. Apasport.az saytının məlumatına görə, bu qərarlar müqavilələri başa çatan veteranlar Eşli Koul, Con Terri və Frenk Lempard, əsas qapıçı və hücum xəttinin yenilənməsi ilə bağlı olacaq.

 

Mourinyo artıq yenilənmə vaxtının çatdığını vurğulayıb: “Çox fantastik komandaya malik idik. Bu komanda 10 il dözdü. Amma həmin komandanın sonu çatıb – o, mövcud deyil. “Çelsi”yə bəzi oxşar cizgilərə malik yeni komanda qurmaq lazımdır. Həmin oyunçulardan bəziləri əvvəlki kimi buradadır. Çoxları isə yoxdur. “Çelsi” gələcəyə istiqamətlənərək, yenidən qurulur. Bu mövsüm gördünüz ki, stabillik üçün bəzi veteranlarımız bizə lazımdır. Amma onların gələcək 10 ilin futbolçusu olmadığı aydındır”.

 

“Çelsi” bu mövsüm Çempionlar Liqasının yarımfinalına kimi irəliləyib, uzun müddət çempionluq şansını saxlayıb.