İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Joze Maurinyu “Milan”ın hücumçusu Mario Balotelliyə maraq göstərdikləri barədə informasiyanı şərh edib. Apasport.az saytının məlumatına görə, baş məşqçi qalmaqallı hücumçuya marağının olduğunu gizlətməyib.
Mourinyu bildirib ki, Balotelli böyük futbolda oynayır: “Futbolda isə sonra nə olacağını heç bir zaman bilmirsən. Başa düşürəm ki, “Milan” ən yaxşı oyunçularını, xüsusən də italiyalı oyunçuları saxlamaq istəyir. Amma Mario ingilis futbolunu tanıyır, o, burada olub. Mən nə “Milan”ın, nə də İtaliya yığmasının baş məşqçisi olmağa hazırlaşmıram. Amma Blotelli çox gözəl oyunçudur və mən onunla yenidən bir yerdə olmağa şad olardım”.