Mourinyo Kediranı istəyir
09.05.2014 - 23:31
“Çelsi” futbol klubu “Real Madrid”in yarımmüdafiəçisi sami Kediraya maraq göstərir. Apasport.az saytının məlumatına görə, London klubu artıq yay transfer dönəmində almaniyalı müdafiəçiyə təklif göndərə bilər.
“«Çelsi”»nin baş məşqçisi Joze Mourinyo hesab edir ki, Kedira onun komandasının orta xəttini gücləndirə bilər. Bu mövsüm Kedira üçün uğursuz olub. O, zədə səbəbindən Madrid klubunun heyətində 15 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
0
0