“Çelsi”nin baş məşqçisi Joze Mourinyo komandanın futbolçusu Fernando Torresdən narazı olduğunu gizlətməyib. Apasport.az saytının məlumatına görə, eyni zamanda o, ispaniyalı hücumçunu yaxşı futbolçu hesab edir.
Mourinyo Torresdən daha çox qol vurmasını gözlədiklərini bildirib: “Onun klubda gələcəyi varmı? Var. Onun “Çelsi”də olduğu müddətdə xeyli qol məqamı olub. O, komanda üçün durmadan işləyir və nəsə verir. Onun müqaviləsi var və o, yaxşı professionaldır. Torres mənim hörmətimi qazanan futbolçu tipidir. Güman edirəm ki, siz heç bir zaman bacardığını edən şəxsdən inciməzsiniz. Torres belələrindəndir – bacardığı hər şeyi edir. Görünür, biz ondan çox şey tələb edirik”.
Xatırladaq ki, cəmi bir neçə gün öncə Moruniyonun Torresin adını satılacaq oyunçular siyahısına saldığı barədə məlumat yayılmışdı.