Mourinyo Ukraynada nə axtarırdı?
13.10.2015 - 19:21
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Ukrayna – İspaniya oyununda azarkeşlərin arasında gözə dəyən Joze Mourinyonun Kiyevə niyə gəldiyi məlum olub. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis Ukraynaya İspaniya millisinin yarımmüdafiəçisi İskonu izləmək üçün yollanıb.
“Çelsi”nin transfer siyahısında olan gənc futbolçu üçün “kral klubu”na təklif göndərəcəyi bildirilir. “Real”ın isə 23 yaşlı futbolçunun mümkün satışına qarşı çıxmayacağı ehtimal olunur.
0
0