“Çelsi”nin baş məşqçisi Joze Moirinyu “Qalatasaray”la matçdan öncə bir sıra maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Droqbanı ən yaxşı oyunçulardan biri adlandırıb.
Portuqaliyalı mütəxəssis Çempionlar Liqasının 1/8 finalının cavab görüşünün asan olmayacağını vurğulayıb: “Hesaba baxsanız, 1:1 asan görünə bilər. Amma birinci oyunda ilk hissə və ikinci hissə fərqli idi. Çətin oyun olacaq”.
Mourinyu “Çelsi”nin keçmiş, “Qalatasaray”ın hazırkı hücumçusu Didye Droqbanın ünvanına təriflər yağdırıb: “Droqba “Çelsi” tarixində ən önəmli 3 futbolçudan biridir. Artıq 26 yaşındakı kimi deyil, amma yenə də dünyanın ən yaxşılarındandır. Mövsümün sonunda müqaviləsi bitir. Onunla yenə də bir yerdə olacağammı? Bilmirəm. Buna rəhbərlik qərar verəcək. Amma bir gün yenə bir yerdə olacağıq. Hansı formada olacağını bilmirəm”.
Mourinyu Mançini ilə yemək yeməyi düşünmədiyini də bəyan edib: “Səbəbi odur ki, hansısa oyunda qalib gələndən, yoxsa məğlub olandan sonra qərar vermirəm. Əvvəlcədən qərar verirəm. Eyni vəzifəni daşıyırıq deyə oyundan sonra süfrə arxasında oturmaq məcburiyyətində deyilik”.
Baş məşqçi Türkiyədə bir çox yaxşı oyunçuların olduğunu da vurğulayıb: “Amma maraqlanmıram. Türkiyədə onlara dəyərindən çox pul verilir”.
Sonda portuqaliyalı mütəxəssis “Qalatasaray”ın ulduzu Sneyderlə də bağlı fikirlərini açıqlayıb: “Mənim fikrimcə, Sneyder dünyada 10 nömrə daşıyan ən yaxşı 3 oyunçudan biridir”.
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək