Mourinyo: Messinin dahiliyini sübuta yetirməsinə ehtiyac yoxdur
07.03.2014 - 08:31
Mourinyo: Messinin dahiliyini sübuta yetirməsinə ehtiyac yoxdur

Mourinyu: Müssinin dahiliyini sübuta yetirməsinə ehtiyac yoxdur

 

“Lionel Messinin dahi futbolçu olduğunu sübuta yetirməsi üçün onun Argentina millisi ilə dünya çempionu olmasına ehtiyac yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi” futbol klubunun baş məşqçisi Joze Maurinyu “Yahoo” portalının analitiki qismində təqdimetmə mərasimində bildirib.

 

“Barselona” ilə bir yerdə bütün mümkün mükafatları qazanan Messi Argentina millisinin heyətində iki dünya çempionatında (2006 və 2010-cu illər) iştirak edib. Argentina hər iki halda ¼ finalda məğlub olub. Bu səbəbdən də, bəzi jurnalistlər və azarkeşlər Messinin 4 dəfə “Qızıl top” mükafatına layiq görülməsinin düzgünlüyünü şübhə altına alırlar.

 

Moirinyu isə belə bir yanaşmanın əleyhinə çıxıb: “Messi dahi futbolçudur. Mən hesab etmirəm ki, onun öz dahiliyini sübuta yetirməsi üçün mütləq dünya çempionu olması lazımdır. Kriştianu Ronaldu da böyük futbolçudur. Ona da dahiliyini sübuta yetirmək üçün dünya çempionu olmağa ehtiyac yoxdur. Amma Ronaldo, Maradona, Zidan və Rivaldo bunu edib. Bir çox dahi futbolçular dünya çempionu adını qazanıb. Bu səbəbdən də bəziləri hesab edirlər ki, Messi də mütləq dünya çempionu olmalıdır”.