Mövsümdə 3-cü dəfə
29.09.2014 - 08:44
Mövsümdə 3-cü dəfə

Topaz Premyer Liqasının VII turunda qapılara 16 qol vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan 5 oyunda orta məhsuldarlıq 3,20-yə bərabər olub.

 

Bununla da mövsümün 2-ci ən yaxşı göstəricisi qeydə alınıb. Rekord isə 3 oyunda 10 qolun vurulduğu III turda bu rəqəm 3,33 olub.

 

Cari mövsüm daha bir dəfə 3-ə bərabər olub. Bu da 3 oyununda 9 qolun vurulduğu ilk turda təsadüf edib.