“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Devid Moyes Çempionlar Liqasında “Bavariya”ya qarşı oyun ərəfəsində iddiasını ortaya qoyub. Apasport.az saytının məlumatına görə, baş məşqçi komandasının istənilən rəqiblə bərabər səviyyəli oyun göstərmək qabiliyyətində olduğunu bildirib.
Moyes Çempionlar Liqasında baş məşqçi kimi təcrübəsinin az olmasına baxmayaraq, “Mançester Yunayted”in turnirdə yaxşı çıxış etdiyini və hətta “Bavariya” kimi təhlükəli rəqiblə bacara biləcəyini iddia edib: “Bu çox yaxşı turnirdir. Mançesterdə olduğum az müddətdə, çox yaxşı nəticələr göstərdik. Mənim bu turnirdə ümumiyyətlə təcrübəm yox idi, amma komanda yaxşı oynadı. İndi bizim qarşımızda “Bavariya” ilə oyun kimi həlledici sınaq var. Hər iki komandaya eyni dərəcədə təzyiq göstərilir. Biz də “Bavariya” kimi bu oyunu udmaq istəyirik. Bilirik ki, özümüzə oxşayanda heç bir komandadan pis deyilik. Biz bunu daha tez-tez sübut etməliyik və mən öz oyunçularıma inanıram. Mən bunu ilk gündən demişəm və heç nə dəyişməyib”.