“Azərbaycana səfərimdə məqsəd yaxınlarıma baş çəkməkdir. Özümlə qızlarımı da gətirmişəm. Valideynlərimlə görüşdüm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Palmali” Şirkətlər Qrupunun və “Xəzər Lənkəran” Futbol Klubunun sahibi Mübariz Mənsimov deyib.
Bu gün Bakıya gələn M.Mənsimov apasport.az saytına eksklüziv müsahibəsində FİFA tərəfindən fəxri-prezidenti olduğu “Xəzər Lənkəran” klubunun hesabından 6 xal silinməsi qərarına münasibət bildirib. Ali futbol qurumunun qərarını ədalətsiz sayan Mənsimovun sözlərinə görə, bu məsələdə “Xəzər Lənkəran” rəhbərliyinin də günahı az deyil: “FİFA hər şeydən öncə futbolçuların hüquqlarını qoruyur.
Komandanın Braziliyadan transfer etdiyi Romulo ilə anlaşmada probleminin olması faktı ortadadır. 2009-cu ildə komandadan gedən futbolçu klubu məhkəməyə verib qalib gəlirsə, burada günah mən də başda olmaqla, “Xəzər Lənkəran” rəhbərliyindədir. İşi elə görmək lazımdır ki, sonra başqası onda səhv, mənfi tərəf görməsin.
6 xalın silinməsi ilə razı deyiləm. Cərimə verə bilərdilər, lap 1 milyon. Xal niyə silirlər”
Qeyd: Oxucularımız Mübariz Mənsimovun geniş müsahibəsi ilə yaxın saatlarda apasport.az saytında tanış ola bilərlər...
Mübariz Mənsimov FİFA-nın qərarına münasibət bildirdi
21.04.2012 - 17:01
0
0