Müdafiəçimiz 90 dəqiqə oynadı, komandası evdə büdrədi
09.02.2014 - 22:22
Bu gün millimizin üzvü Ufuk Budak PTT 1-ci liqada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçumuzun şərəfini qoruduğu “Qaziantep BB” XXIV turda evdə “1461 Trabzon”la üz-üzə gəlib.
Görüş tərəflərin qolsuz heç-heçəsi ilə yekunlaşıb – 0:0. Start heyətdə meydana çıxan Ufuk isə sona qədər mübarizə aparıb.
Qeyd edək ki, “Qaziantep BB” bu matçdan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
0
0